İnternet zəngləri haqqında
Siz İnternet üzərindən zənglər edə və qəbul edə bilərsiniz (şəbəkə xidməti). İnternet
zəngləri xidməti kompüterlər, mobil telefonlar və İnternet Protokolu üzərindən Səs
(VoIP) cihazı və ənənəvi telefonlar arasında zəngləri dəstəkləyə bilər.
Bəzi İnternet zəngi xidməti təminatçıları pulsuz İnternet zənglərinə icazə verə bilər.
Mövcudluq və bağlantı qiymətləri barədə İnternet zəngi xidmət təminatçınızla əlaqə
saxlayın.
Bəzi ölkələrdə VoIP və digər xidmətlərdən istifadə məhdudilaşdırıla bilər. Ətraflı
məlumat almaq üçün telefonunuzun pərakəndə satıcısı, xidmət provayderiniz və ya
yerli məsul orqanlar ilə əlaqə saxlayın.
İnternet zəngi etmək və ya qəbul etmək üçün siz WLAN və 3G şəbəkəsinin xidmət
ərazisi daxilində olmalı və İnternet zəng xidmətinə daxil olmuş olmalısınız.
İnternet zənglər etmək üçün 3G şəbəkəsindən istifadə etdikd xidmət təminatçınızın 3G
şəbəkəsində İnternet zənglərini dəstəklədiyini yoxlayın. Xərclərə qənaət etmək üçün
sabit qiymətli tarif planları tövsiyə olunur.
İşarə:Əgər xidmət təminatçınız sizə məlumatın ötürülməsi üzrə sabit tarifi təmin
etməyibsə, İnternet zəngləri etdikdə telefon fakturanızda toplanılacaq məbləği
azaltmaq üçün WLAN-dan istifadə edin.