Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Yanacaq
stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya
nəqliyyat vasitənizin matorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi
maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal
tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə
eilib edilməyəcəyini soruşmalısınız.