
Klaviatura ilə mətni yazın
Sizin telefonunuzun tam klaviaturası var.
Cihazın işə salınması
5

1
Funksiya düyməsi. Düymələrin üstündə yazılan xüsusi simvolları daxil etmək
üçün funksiya düyməsini və daha sonra müvafiq düyməni basın. Bir neçə xüsusi
simvol daxil etmək üçün funksiya düyməsini iki dəfə basın. Normal rejimə qayıtmaq
üçün funksiya düyməsini basın.
2
Shift düyməsi. Böyük və kiçik hərflər rejimini dəyişmək üçün shift düyməsini iki
dəfə basın. Kiçik hərflər rejimində tək böyük hərf və ya böyük hərflər rejimində tək
kiçik hərf daxil etmək üçün shift düyməsini və daha sonra lazım olan hərf düyməsini
basın.
3
Simvol düyməsi. Klaviaturada göstərilməyən xüsusi simvolları daxil etmək üçün
simvol düyməsinə basıb istədiyiniz simvolu seçin.
4
Geri boşluq düyməsi. İşarəni silmək üçün geri boşluq düyməsini basın. Bir
neçə işarəni silmək üçün geri boşluq düyməsini basıb saxlayın.
5
Daxil et düyməsi. Kursoru növbəti sətrə və ya mətn daxiledilməsi sahəsinə
aparmaq üçün daxil et düyməsini basın. Əlavə funksiyalar cari kontekstdə
əsaslanır. Məsələn, veb brauzerdə veb-ünvan sahəsində daxil et düyməsi Keç
nişanı kimi işləyir.
6
Ctrl düyməsi
Hərf alternativlərinii daxil etmək
Siz, məsələn, vurğulu hərfləri daxil etmək istəyirsiniz. á daxil etmək üçün simvol
düyməsini basıb saxlayın və daha sonra A düyməsini istədiyiniz hərf görünənə kimi
təkrar olaraq basın. Mümkün simvollar və onların sıralanması seçilmiş yazı dilindən
asılıdır.