Nokia Asha 303 - Bluetooth bağlantısı haqqında

background image

Bluetooth bağlantısı haqqında

Menyu

>

Parametrlər

>

Qoşulma qab-əti

>

Bluetooth

seçin.

Telefonlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi digər uyğun

cihazlarla simsiz şəkildə qoşula bilərsiniz.
Siz bu bağlantıdan telefonunuzdan elementləri göndərmək, uyğun kompüterdən

faylları köçürmək və uyğun printerlə faylları çap etmək üçün istifadə edə bilərsiniz.
Bluetooth simsiz texnologiyası olan cihazları radio dalğalardan istifadə edərək rabitə

yaratdığından, birbaşa görünüş sahəsində olmağa ehtiyac yoxdur. Buna baxmayaq,

onlar bir-birindən 10 (33 fut) məsafədə olmalıdır, lakin bağlantıya divar və ya digər

elektron cihazların mane olması mümkündür.

Telefonunuz kilidləndikdə yalnız

Avto-qoşulma

olaraq təyin edilmiş cütləşmiş cihaza

qoşulmaq mümkündür.

24

Əlaqə

background image

İşarə:Bluetooth parametrlərinə cəld daxil olmaq üçün üçün iş masasında Bluetooth

düyməsini basıb saxlayın.